Əlaqə Arxiv
news Image
2019.06.07
14:52
| A A A
“Azəriqaz”ın rəhbərliyi bölgələrdə vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 7-də “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev Ağsu şəhərində, birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Qobustan, Ruslan Əliyev isə Şamaxı rayonunda vətəndaş qəbulu keçiriblər.

“Azəriqaz”dan Movqe.az-a bildirilib ki, Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmilərinin də iştirak etdiyi qəbulda Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.

Birliyin rəhbərliyi hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. “Azəriqaz”ın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqıarını bildiriblər.

Sizin Reklam Yeriniz