Əlaqə Arxiv
news Image
2019.06.14
10:52
| A A A
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov iyunun 21-də Qax rayonunda, onun müavini Əvəz Qocayev isə Balakən rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Movqe.az-a AAYDA-dan bildirilib.

Məlumata görə, agentlik sədrinin qəbulu saat 10:00-da Qax şəhərindəki "Heydər Əliyev Mərkəzi”də keçiriləcək. Qəbulda Qax və Zaqatala rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin sədr müavininin qəbulu isə saat 10:00-da Balakən şəhərindəki Heydər Əliyev Mərkəzi"ndə keçirəcək. Qəbulda yalnız Balakən rayonunun sakinləri iştirak edə bilərlər.

Sizin Reklam Yeriniz