Əlaqə Arxiv
news Image
2013.05.16
13:01
| A A A
Azərbaycanda elektron viza sisteminin tətbiqi ilə bağlı turizm şirkətləri üçün təqdimat keçirilib

Azərbaycanda elektron viza sisteminin tətbiqi ilə bağlı Dövlət Sərhəd Xidmətinin, Xarici İşlər Nazirliyinin, "R.I.S.K" şirkətinin və elektron viza sistemindən istifadə edən turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

 Mövqe.az-ın Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə elektron viza üçün sənədlərin qəbulu üzrə "R.I.S.K" şirkətinin nümayəndələri tərəfindən sistemin təqdimatı keçirilib. Eyni zamanda, sistemin daha operativ, maneəsiz və mükəmməl işləməsi üçün müvafiq qurumların nümayəndələri təklif və tövsiyələrini bildiriblər.


Qeyd edək ki, Azərbaycan prezidentinin "Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" sərəncamının icrasının təmin edilməsi məqsədilə cari ilin martın 15-dən etibarən elektron viza sisteminin tətbiqinə başlanılıb. Elektron viza sistemi fəaliyyətə başladığı müddət ərzində elektron viza ilə Azərbaycana Polşa, Koreya, Makedoniya, Yunanıstan, Böyük Britaniya, İtaliya, Almaniya, ABŞ və digər ölkələrdən turistlər gəlib.

Sizin Reklam Yeriniz