Əlaqə Arxiv
news Image
2019.06.20
10:10
| A A A
Özəl pensiya fondları yaradılır…
Fuad İbrahimli: “Özəl pensiya fondlarının yaradılması əhalinin sosisl rifah halının daha da yaxşılaşması demək olacaq” Natiq Cəfərli: “Həmin sahədə həm rəqabət mühiti artacaq, həm də vətəndaşların xeyrinə müəyyən güzəştlər əldə olunacaq”

Azərbaycanda dövlət pensiya sisteminin inkişafına dair 5 illik plan hazırlanır. Burada əsas məqsədlərdən biri də özəl pensiya fondlarının yaradılması məsələsidir. Strateji Yol Xəritəsində də bu məsələ öz əksini tapıb. Özəl pensiya fondlarının yaradılması bu sahəyə nə vəd edir, onun olmasının nə kimi üstünlükləri var?

İqtisadçı-ekspert Fuad İbrahimli bildirdi ki, özəl pensiya fondlarının yaradılması ilə əhalinin rifah halı daha da yüksələcək: “Özəl pensiya fondunun yaradılması ilə bağlı məsələnin bünövrəsində həmin sektora aydiyyatı  olan insanların gələcək perspektivdə sosial rifahlarının yaxşılaşdırılması amili dayanır. Birmənalı olaraq özəl pensiya fondlarının yaradılması əhalinin sosisl rifah halının daha da yaxşılaşması demək olacaq. Ancaq burada tək şərt ondan ibarət deyil ki, bu barədə qərar və sərəncamlar verilməklə iş bitməlidir. Bunun üçün həm də icra mexanizmi yaradılmalıdır. Hazırkı məqamda bu istiqamətdə iş gedir. Aydiyyatı dövlət nəzarəti orqanları bu istiqamətin təməlini qurublar.

də 2015-ci ildə ölkə iqtisadiyyatında müəyyən problemlər yaranandan sonra, istər yol xəritələrinin elan olunması, istərsə də qeyri-neft sektorunun inkişafına dair verilən sərəncamlar, bütün bunlar onu göstərir ki, özəl pensiya fondlarının yaradılması istiqamətində də əməli işlər görüləcək. Düzdür, indilikdə bu barədə fundamental şəkildə danışmaq tezdir. Ancaq verilən açıqlamalardan görünür ki, bu məsələ əhatəli şəkildə hazırlanır, ona kompleks şəklində yanaşılır. İstənilən dövlət nəzarət orqanı həmin prosesdə öz payını icra etməlidir. Düşünürəm ki, digər sdərəncam və fərmanlar kimi, özəl pensiya fondunun yaradılası məsələsi də tezliklə həll olunacaq”.    

İqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, özəl pensiya fondlarının fəaliyyətə başlaması ilə həmin sahədə həm rəqabət mühiti artacaq, həm də vətəndaşlar müəyyən güzəştlər əldə edəcəklər: “Özəl pensiya fondlarının yaradılması məsələsi çoxdan müzakirəyə çıxarılan bir məsələdir. Amma bu günə qədər bu istiqamətdə real addımlar atılmayıb. Yalnız indi həmin istiqamətdə müəyyən addımların atılması nəzərdə tutulur.

Burada iki önəmli məsələ öz həllini tapmalıdır. Birincisi, özəl təqaüd fondlarının sığortalanması məsələsidir. Çünki onlarda yığılan vəsaitin hər hansı bir formada müəyyən fors-major situasiyalarda itirilməsinə cavabdehlik məsələsi və sığortalanması məsələsi önəmlidir. Dövlət burada öz oyun qaydalarını öncədən elan etməli və bunlar qanunvericilikdə də nəzərdə tutulmalıdır. İkinci bir tərəfdən, özəl təqaüd fondları vətəndaşlara seçim imkanı verəcək. Həmin istiqamətdə bir neçə fondun yaradılması ilə rəqabətli mühit də artacaq və özəl fondlar insanlara daha yaxşı təkliflər verməklə onları özlərinə cəlb etmək barədə düşünəcəklər. Yəni daha yaxşı, cəlbedici təkliflərlə çıxış edəcəklər ki, vətəndaşlar məhz onlarla müqavilə bağlasınlar. Belədə həmin sahədə həm rəqabət mühiti artacaq, həm də vətəndaşların xeyrinə müəyyən güzəştlər əldə olunacaq. Bu da öz növbəsində pozitiv gəlişmə kimi yaddaşlarda qalacaq. Vətəndaşlar təqaüd fondlarını seçməkdə sərbəst olacaqlar. Bu da çox vacib məsələdir”.

R. SOLTANOV 

Sizin Reklam Yeriniz