Əlaqə Arxiv
news Image
2019.07.03
08:30
| A A A
Hindistan bazarları Azərbaycan məhsullarının üzünə açılır
İki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır

Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) və Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, alternativ enerji, İKT, səhiyyə, təhsil, maliyyə, tekstil, qida, logistika, turizm sahələrində fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib. Azərbaycan və Hindistanın iş adamları arasında əlaqələrin sıxlaşdırılması qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün yaxşı bünövrə yaradır. Forumda bildirilib ki, Azərbaycandakı mövcud əlverişli biznes və investisiya mühiti hindistanlı iş adamları üçün geniş imkanlar açır. Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilməsi, birgə fəaliyyət resurslarının müzakirəsi də gələcək üçün yaxşı perspektivlər vəd edir.

Tədbir yaxın zamanlarda Hindistanın İKT sahəsində investisiyasının Azərbaycana cəlb edilməsi istiqamətində aparılan işləri sürətləndirib. Hindistan İKT sahəsində inkişaf edib. Azərbaycanda “hab” yaradılması və Hindistan şirkətlərinin burada fəaliyyət göstərməsi qarşıda duran əsas məqsədlərdəndir.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradılır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırılır. Ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Həmçinin iqtisadiyyatımızın inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir, yeni investisiya imkanlarının araşdırılması istiqamətində müvafiq iş aparılır.

Azərbaycanla Hindistan iş iş adamlarının qarşılıqlı fəaliyyəti rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək.  Biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin əldə olunması, müştərək müəssisələrin yaradılması istiqamətdə birgə əməkdaşlığın faydasını artıracaq.

Bu il martında Hindistanın PHD Ticarət və Sənaye Palatası Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin ikincisini təşkil edilib. Sərgidə elektrik və elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr və sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil və geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edib.
Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri neçə illərdir davam edir. 2017-ci ildə Hindistanın Azərbaycana ixracının həcmi 37 milyon dolları keçib, Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatıb. Azərbaycanın təcrübəli kadrlarını və tələbələrini Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq var.

Heç şübhəsiz, “Azərbaycan brendi” tezliklə Hindistana da ayaq açacaq. İqtisadiyyat Nazirliyinin xarici ölkələrdə açdığı Ticarət Evinin nəvbəti ünvanlarından birinin Hindistan olacağı da gözləntilər sırasındadır.  “Şimal-Cənub” nəqliyyat dəhlizi kompleks şəkildə fəaliyyətə başlayandan sonra Hindistanın bu dəhlizə qoşulması planı mühüm əhəmiyyət kəsb edir. Bu məqsədilə Hindistan İranın Çabahar limanının yenidən qurulması üçün 2 milyard dollar həcmində sərmayə yatırıb. İran hökuməti isə artıq Çabahar limanını Azad İqtisadi Zona (AİZ) elan edib. Hindistandan Fars körfəzinə, oradan Azərbaycana, daha sonra isə Rusiya və Avropaya qədər uzanan “Şimal-Cənub” dəhlizinə qoşulması ölkələrimiz arasında ticarət dövriyyəsinin kəskin artımına rəvac verəcək.

N.NOVRUZ
 

Sizin Reklam Yeriniz