Əlaqə Arxiv
news Image
2019.10.16
08:47
| A A A
Mərkəzi Asiyanı Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi Azərbaycandan keçəcək
Yeni Transtürk nəqliyyat şəbəkəsinin yaradılması layihəsi iqtisadi inkişafı sürətləndirəcək

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıdakı VII Zirvə Görüşü çərçivəsində Turkdilli olkələrin iqtisadiyyat nazirlərinin istiraki ilə keçirilən biznes forumda çıxış edən Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət naziri Sardor Umurzakov Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı təklif irəli sürüb. “Biz münasibətlərimizi yeni mərhələyə qaldırmağa hazırıq. TDƏŞ ölkələri arasında ticarət əlaqələri çox dərin köklərə malikdir. Bu ilin yanvar ayının göstəricisinə uyğun olaraq Özbəkistan ilə TDƏŞ ölkələri arasında ticarət dövriyyəsi 5 mlrd dollardan çox olub”, - deyə Sardor Umurzakov bildirib. TDƏŞ ölkələri yeni bazarlara çıxmalıdır deyən nazir əlavə edib ki, Mərkəzi Asiyadan, Türkiyədən Azərbaycandan keçməklə Şərqi Avropa ölkələrini birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılması, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm töhfə ola bilər.

Təklif kifayət qədər maraqlıdır. Ona görə ki, məntiqlidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uzun illərdir ki, fəaliyyət göstərib və artıq inkişafında iri beynəlxalq layihələrin həyata keçirilməsi dövrünə qədəm qoyub. Türkiyə-Azərbaycan qarşılıqlı invesisiyalar qoyuluşunun bəhrəsi göz qabağındadır. SOCAR şirkətinin qardaş ölkədə iri istehsal müəssilərini işə salması buna əyani sübutdur. Bundan başqa Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizinin əsas qolu olan TransAnadolu qaz kəmərinin işə düşməsi və bunun davamı olan və gələn il işə düşməsi gözlənilən TransAdriatik qaz kəməri gözəl nümunələrdir. Bakı-Tiflis-Qars dəmiryolu isə dünya dürduqca iqtisadi əlaqələrin inkişafına dəstək olacaq əvəzolunmaz layihədir.

Demək, Özbəkistandan gələn həyata keçməsi üçün gözəl nümunələr var. Bütün bu beynəlxalq kəmərlər və tranzit magistrallar boyunca müvafiq infrastruktur yaradılıb və uğurla fəaıliyyət göstərir. Eyni zamanda beynəlxalq avtomagistrlaların da işə salınması gün uzaqda deyil. Nümunə və təcrübə əldədir. Qalır planlaşdırma və maliyyə məsələsi. Türk Şurası üzvləri üçün maliyyənin problem olmayacağı məlumdur. Çünki, bu dövlətlərin ərazisi qızıla bərabər təbii ehtiyatlarla zəngindir. Neft, qaz, daş kömür, pambıq, ipək, istehsal sahələri, filiz yataqları.., bunlar gəlir gətirən sahələrdəir və iqtisadiyyatın əsas ağırlığını çiyinlərində daşıyırlar.

Özbək nazir sözsüz ki, ilk növbədə öz ölkəsinin iqtisadi potensialını əsas götürərək belə bir təklif verməyi rəva bilib. Təkcə Özbəkistanın digər türk dövlətləri ilə ticarətinin həcmi 5 milyard dollara çatıb. Digər dövlətlərin statistik rəqəmlərini də bura əlavə etsək, təxminən 40-50 milyard dollardan danışmaq olar. Üstəlik, Azərbaycan irəli gedərək artıq varlı Avropanın neft və qaz bazarına çıxış əldə edib. Məsələ burasındadır ki, Özbəkistanda da zəngin qaz yataqları və ucsuz-bucaqsız pambıq tarlaları var. Bu məhsulun Avropaya çıxarılmasında bu ölkənin hökuməti maraqsız olmamış deyil. Amma tək Avropa ilə iş bitirmi? Digər türk dövlətlərinin tekstil sənayesi pambıq xammalı ilə daha da irəli gedə bilər. Özbəkistan qazı ixrac edib neft məhsuluna olan tələbatını ödəmək üçün bu qiymətli xammalı idxal edər. Çünki, özünün nefti azdır və tələbatını idxal hesabına ödəyir. Gündəmdə Transxəzər neft-qaz kəmərinin çəkilməsi layihəsi də var. Bu layihədə Avropa ölkələri də maraqlıdır.

Və nəhayət... Yeni nəqliyyat dəhlizlərinin yaradılması təklifini reallaşdırmaq üçün əldə olan əsaslardan ən mühümü isə bərpa edilmiş Böyük Qədim İpək Yolunun mövcudluğudur. Prinsipcə, layihə var, sadəcə onun qollarından ibarət şəbəkəsinin genişləndirilməsi, TDƏŞ ərazisində olan mühüm iqtisadi və turizm zonalarının magistral yollar və dəmiryollarla birləşdirilməsi işi sürətləndirilməlidir. Belə olan halda Transtürk tranzit magistrallar şəbəkəsi beynəlxalq qovşaq olmaqla yanaşı transkontinental nəqliyyat dəhlizinin dayağına çevrilmiş olacaq. Beləliklə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün iqtisadi qərarı kimi Transtürk nəqliyyat dəhlizi gələcək uğurlara yeni töhfələr verə bilər.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz