Əlaqə Arxiv
news Image
2013.06.03
11:10
| A A A
Vilnüsdə Litva-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

İyunun 28-də Vilnüsdə Litva-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın APA-ya verdiyi məlumata görə, hökumətlərarası komissiyanın toplantısında iki ölkə arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin hazırkı vəziyyəti, onların inkişaf perspektivləri müzakirə olunacaq. Həmçinin, iclasda Azərbaycan tərəfinin IT sahədə bir sıra investisiya layihəsinin təqdimatını keçirəcəyi gözlənilir.

 

Xatırladaq ki, Litva-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının son iclası 2012-ci ilin aprel ayında Bakıda keçirilib.

Sizin Reklam Yeriniz