Əlaqə Arxiv
news Image
2019.11.06
10:12
| A A A
Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçirilir
Bakıda IV Beynəlxalq Bankçılıq Forumu işə başlayıb. Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşdırma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahələrindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcədə digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır. Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini , yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərinin , digər qərar qəbulediciləri və s. maraqlı tərəflərin bir araya gəldiyi məkandır.
Sizin Reklam Yeriniz