Əlaqə Arxiv
news Image
2019.11.29
11:35
| A A A
Azərbaycan və Pakistan arasında gələn ildən birbaşa uçuşlar həyata keçiriləcək

"Azərbaycan və Pakistan arasında 2020-ci ildə birbaşa hava rabitəsi istifadəyə veriləcək".

Mövqe.az Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Sarhad əyalətinin ticarət palatasının prezidenti Maksud Ənvər Pervaiz ilə görüşdə deyib.

Onun sözlərinə görə, birbaşa aviareyslərin açılması iki ölkənin sahibkarları arasında əlaqələrin möhkəmlənməsinə yardım edəcək.

Səfir həmçinin gələcəkdə Pakistandan olan iş adamları üçün viza rejiminin sadələşdirilməsinin mümkünlüyünü də bildirib.

Sizin Reklam Yeriniz