Əlaqə Arxiv
news Image
2019.12.06
10:57
| A A A
DGK: “Yaşıl dəhliz”lə ticarət dövriyyəsinin dəyəri 6,4 milyard dolları keçib

“Gömrükdə “Yaşıl dəhliz” buraxılış sistemi özünü gözlədiyimizdən də artıq doğruldur”.

Mövqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, sistemin işə düşdüyü bu il fevralın 1-dən indiyə qədər onunla ümumi ticarət dövriyyəsinin dəyəri 6,4 milyard dolları keçib.

“Yaşıl dəhliz”in üstün cəhətləri çoxdur. Burada heç bir növbə gözləmədən yükləri anbara daşımaq olur. Hesab edirəm ki, gələn il sistemin iştirakçılarının sayı bir qədər də artacaq”, - deyə Komitə sədri qeyd edib. 

Sizin Reklam Yeriniz