Əlaqə Arxiv
news Image
2013.06.20
15:38
| A A A
Bol yonca məhsulu üçün toxumçuluq müzakirə edilir

İsveçrə dövlətinin maliyyə dəstəyi ilə Aqro İnformasiya Mərkəzi (AİM) və İsveçrənin HEKS təşkilatının birgə həyata keçirdiyi "Heyvandarlıq resurslarına və bazarlarına çıxışın təmin olunması" (FARMS) Əməkdaşlıq Layihəsi


Yonca Mərkəzi Aranda heyvandarlıq təsərrüfatları üçün yem bazasının əhəmiyyətli bir hissəsini təşkil edir. Ancaq müxtəlif səbəblərdən – xüsusilə, həm keyfiyyətsiz toxum, həm də aqrotexniki qaydalara düzgün riayət olunmaması səbəbindən bu gün becərilən yonca bitkilərinin heç də hamısı yüksək məhsuldar deyil. Bu məqsədlə bu gün Ağcabədi rayonunun Təzəkənd kəndində keyfiyyətli yonca toxumunun əldə olunması və onun aqrotexniki qaydalara uyğun becərilməsi istiqamətində müzakirələr təşkil edilib.


Aqro İnformasiya Mərkəzindən Mövqe.az-a verilən məlumata görə, tədbirdə Ağcabədi rayonunun müxtəlif kəndlərindən olan yonca becərən fermerlər, eləcə də Ağcabədi rayon Dövlət Toxum Müfəttişliyinin və yerli bələdiyyə və icra hakimiyyəti orqanlarının nümayəndələri, FARMS layihəsinin əməkdaşları iştirak ediblər. Müzakirələrdə bildirilib ki, fermerlər mənşəyi məlum olan, keyfiyyət və məhsuldarlıq göstəriciləri yüksək olan toxumlara üstünlük verməlidir. Fermerləri daha məhsuldar toxumla təmin etmək üçün mümkün həll yollarından biri kimi, onların yüksək məhsuldar toxumlara malik fermer təsərrüfatları ilə əlaqələndirilməsi göstərilib. Qərara alınıb ki, layihə çərçivəsində bu kimi təsərrüfatlar fermerlər arasında təbliğ olunsun, həmin təsərrüfatlara aqrotexniki qaydalara düzgün riayət edilməsi istiqamətində məsləhətlər verilsin.

Çıxışçılar qeyd edib ki, toxumluq yonca sahələrində aqrotexniki tədbirlər daha yüksək səviyyədə yerinə yetirilməlidir. Toxum məhsulu almaq üçün yoncanın vaxtında gübrələnməsi, suvarılması, alaqların məhv edilməsi, məhsulun vaxtında və itkisiz yığılması ən əsas şərtlərdəndir.


Sizin Reklam Yeriniz