Əlaqə Arxiv
news Image
2020.02.03
15:26
| A A A
AzTU tələbələri “Mətanət A” şirkətində işlə təmin olundu

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti "Mətanət A" şirkətinin baş ofisində AzTU-nun vakansiyalar üzrə işə qəbul proqramı müsahibəsini uğurla keçən və təqaüdlü təcrübə proqramlarında iştirak edəcək tələbələri ilə görüşüb.

Şirkətin İnsan resurslarının idarəedilməsi  və Marketinq şöbələrinin müdirləri  Ələkbər Bədəlov və Tural Abbaslı tələbələrə onların nəzəri-praktiki bilik və bacarıqlarına uyğun bir sıra şöbələrdə aparıcı mütəxəssis, məsləhətçi, mühəndis və s. vəzifələrə təyin olunmaları ilə bağlı məlumat veriblər.

Tural Abbaslı bildirib ki, AzTU-nun 6 tələbəsi artıq işlə təmin olunub. Digər tələbələr isə təcrübə proqramını bitirən kimi dərhal işlə təmin olunacaqlar. “Mətanət A” AzTU ilə əməkdaşlığa yeni başlayan şirkət olaraq məzunların uyğun ixtisaslar üzrə işə qəbulunu həyata keçirməkdə davam edəcək.

Sizin Reklam Yeriniz