Əlaqə Arxiv
news Image
2020.02.06
14:53
| A A A
Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 26%-dən çox artıb

2019-cu ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 48 mln. ABŞ dolları əməliyyat xərcləri sərf edilib.

 Bu barədə Mövqe.az “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2019-cu ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2018-ci ilin nəticələri müqayisədə 9 mln ABŞ dolları və ya 23,07% çoxdur.

Ötən il ərzində boru kəmərinin əsaslı xərcləri 34 mln ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 318 mln və ya 10,4 dəfə azdır.

2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 mln. kubmetr olub. Bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 6 mln kubmetr və ya 26,09% çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Qeyd edək ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Sizin Reklam Yeriniz