Əlaqə Arxiv
news Image
2020.02.07
15:48
| A A A
Mikayıl Cabbarov: Qarşımızda duran əsas vəzifələrdən biri iqtisadiyyatımızın strukturunu sürətlə dəyişdirməkdir

Qarşımızda duran əsas vəzifələrdən biri ondan ibarətdir ki, iqtisadiyyatımızın strukturunu sürətlə dəyişdirək, onun neft və qaz sektorundan mümkün qədər az asılı olmasını təmin edək.

Mövqe.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Xaçmazda KOB Evinin açılışı mərasimində deyib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı bir neçə baxımdan prioritetdir ki, onlardan da biri məşğulluqdur: “Ölkəmizdə yaradılan biznes mühiti, siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir. Bu baxımdan ölkəmizin hər bir vətəndaşının, sahibkarlığa meylli olan hər bir şəxsin öz potensialını reallaşdırması üçün şərait yaradılır. Bu gün yalnız iş yeri tapmaq deyil, eləcə də iş yeri yaratmağa çalışan hər bir vətəndaşımız üçün dövlət tərəfindən bir sıra alətlər, tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi yolu ilə dəstək verilir”.

İqtisadiyyatın strukturunun getdikcə dəyişdiyini nəzərə çatdıran nazir əlavə edib ki, Azərbaycan qısa müddət ərzində sürətli inkişaf yolu keçib.

Onun sözlərinə görə, əhalisi artaraq 10 milyona çatan Azərbaycanda əmək bazarına hər il 100 minə yaxın gənc daxil olur.

M.Cabbarov hesab edir ki, kiçik və orta sahibkarlığın rolu onların iqtisadi məşğulluğunun təmini baxımından həddindən artıq vacibdir: “Biz dövlət mülkiyyətində olan böyük şirkətlər ilə əməkdaşlığa da xüsusi diqqət yetiririk. Çünki sirr deyil ki, bir çox hallarda sahibkarların biznesə başlaması və ya fəaliyyətlərini genişləndirməsi müxtəlif xidmətlərin asanlaşdırılmasından asılıdır”.

Nazir əlavə edib ki, Azərbaycanda 2019-cu ildə 150 min iş yeri açılıb və on minlərlə sahibkar iqtisadi fəaliyyətə başlayıb.

Sizin Reklam Yeriniz