"Azərbaycan Ermənistanın Bakı-Tbilisi-Qars layihəsində iştirakına imkan verməyəcək"
Ermənistan Azərbaycanın işğal olunan ərazilərini azad etməyənə qədər Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində iştirak edə bilməyəcək.
Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ötən gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov türkiyəlı və gürcü həmkarları ilə görüşü zamanı bildirib:
"Yalnız Azərbaycan torpaqları işğaldan azad olunandan sonra Azərbaycan, Türkiyə və Gürcüstan Ermənistanın layihədə iştirakı haqqında düşünə bilərlər".