Əlaqə Arxiv
news Image
2013.06.27
13:41
| A A A
Sahibkarlığa Kömək Milli Fondu Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il iyunun 21-də Lənkəran rayonunun Viravul kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.


Mövqe.az-ın məlumatına görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Lənkəran rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:


- südlük istiqamətli kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması;

- intensiv bağçılıq, çayçılıq və müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması.


Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Sizin Reklam Yeriniz