Əlaqə Arxiv
news Image
2020.02.13
18:06
| A A A
Azərbaycanda biznes və peşəkar assosiasiyalara dəstək göstərməkdə maraqlı tərəfdaşlar üçün sammit

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıq çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarını, biznes və peşəkar assosiasiyaları və özəl sektor nümayəndələrini Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı yeni təşəbbüs çərçivəsində USAID-lə çalışmaqda maraqlı olan tərəfdaşlar üçün 18 fevral 2020-ci il tarixində keçiriləcək sammitdə iştirak etməyə dəvət edir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu təşəbbüsün bir hissəsi olaraq USAID Azərbaycanın iqtisadiyyatı şaxələndirmək siyasətinə dəstək göstərmək üçün biznes və peşəkar assosiasiyaları gücləndirmək məqsədilə yerli tərəfdaşlardan ibarət konsorsiumun idarə etdiyi bir neçə layihələr hazırlamaq və maliyyələşdirmək niyyətindədir.

Bütöv gün keçiriləcək sammitdə KOBİA-nın sədri Orxan Məmmədov, USAID-in missiya direktoru Cey Sinqx və Azərbaycanda Amerika Ticarət Palatasının sədri Nuran Kərimov, habelə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan biznes və peşəkar assosiasiyaların inkişafı üzrə ekspertlər çıxış edəcəklər, habelə USAID-lə iş prinsipləri ilə bağlı sessiya olacaq. Tədbirin sonunda bu təşəbbüs üzrə USAID-lə çalışmaqda ciddi olan yerli təşkilatların nümayəndələri üçün potensial layihə tərəfdaşları ilə tanış olmağa kömək etmək məqsədilə interaktiv şəbəkələşmə sessiyası keçiriləcək.

Maraqlı tərəflər cümə günü 14 fevral 23:59-dək aşağıdakı keçiddə qeydiyyatdan keçməlidirlər. İştirakı təsdiqlənmiş tərəflərlə 16 fevral bazar gününədək əlaqə saxlanılacaq: 

Sizin Reklam Yeriniz