Əlaqə Arxiv
news Image
2020.02.19
17:50
| A A A
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru növbəti vətəndaş qəbulu keçirəcək

 

Fevralın 21-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Göyçay rayonunda vətəndaş qəbulu keçirəcək. Baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Kürdəmir və Ucar rayonlarında vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbulların hər 3 rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb. Qəbulda iştirak etmək istəyən vətəndaşların nəzərinə: Birliyin baş direktoru Ruslan Əliyev Göyçay rayonunda Heydər Əliyev Mərkəzində, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Kürdəmir rayonunda Heydər Əliyev Mərkəzində, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov isə Ucar rayonunda Gənclər Mərkəzində qəbul keçirəcək. Daha ətraflı məlumatları Ağsu Regional qaz istismarı İdarəsindən, eləcə də Göyçay, Kürdəmir və Ucar rayonlarındakı qaz xidmət sahələrindən əldə edə bilərsiniz.

Sizin Reklam Yeriniz