Əlaqə Arxiv
news Image
2020.02.28
11:00
| A A A
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq

Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq.

Mövqe.az-a məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Milli Fəaliyyət Planında qeyd edilir ki, Çağrı Mərkəzinin yaradılması ilə bağlı tədbirlər Nazirlər Kabineti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2020–2022-ci illərdə həyata keçiriləcək.

Bununla yanaşı, bu il qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəalar təkmilləşdiriləcək.

Sizin Reklam Yeriniz