Əlaqə Arxiv
news Image
2020.03.03
11:52
| A A A
Azərbaycanda fevralda dövlət xətti ilə 360 ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 419 milyon manat təşkil edib.

Mövqe.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 22,923 milyon manat, yaxud 1,6% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 360 vahid artaraq 27 975-dən 28 335-ə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ fevralda 7,8 milyon manat artaraq 77,524 milyon manat olub.

Ötən ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 6,342 milyon manat və yaxud 0,9% azalaraq 718,166 milyon manatdan 711,824 milyon manata düşüb. 

Sizin Reklam Yeriniz