Azərbaycanda sel və daşqın təhlükəli bəzi çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək.
Mövqe.az-ın məlumatına görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri məqsədilə 3 obyekt üzrə açıq tender elan edib.
Tədbirlərə uyğun olaraq, Xaçmaz rayonu ərazisində Qudyalçay, Ağçay və digər çaylarda, eləcə də Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri aparılacaq. Astara çayının məcrası 138-ci sərhəd nişanından 141-ci sərhəd nişanına kimi təmizlənəcək.
Ağcabədi rayonu ərazisində Qarqarçayda selə qarşı mübarizə tədbirləri həyata keçiriləcək.
İddiaçılar öz tender təkliflərini 14 aprelədək təqdim etməlidirlər.