Əlaqə Arxiv
news Image
2020.03.13
11:46
| A A A
Samir Şərifov: Şübhəsiz ki, dövlət büdcəsi təşkilatlarının xarici ezamiyyətləri azalacaq

Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyasının Azərbaycanın dövlət büdcəsinə hansı formada təsir edəcəyini açıqlayıb.

Mövqe.az-ın məlumatına görə, nazir qeyd edib ki, dünya iqtisadiyyatında ticarət müharibələri başlasa da, sona da çatır:

"Mən ümid edirəm ki, əmtəə üzrə başlamış ticarət müharibəsi yəqin ki, qısa müddətdə bitəcək və onun bitməsi müəyyən razılıqla müşahidə olunacaq. Bunun nətiəsində dünya neft bazarlarındakı vəziyyət və neftin qiyməti sabitləşəcək. Neft bazarında bir tərəfdə satıcılar, digər tərəfdə isə alıcılar var və hər iki tərəf bu prosesdə uduzmamaqda maraqlıdır. Ona görə də xeyli işlər qiymətlərin qərarlaşmasından asılı olacaq. Ümid edirəm ki, bu proses uzun davam etməyəcək. O ki, qaldı koronavirusla bağlı məsələlərə, şübhəsiz ki, dünya iqtisadiyyatı bundan əziyyət çəkir. ən böyük zərbə isə Çinə dəyib. Lakin biz bu gün kifayət qədər ürəkaçan məlumatlar alırıq. Çin hökuməti hesab edir ki, cari ilin iyun ayınadək Çində bu xəstəliiyin yayılmasına son qoyulacaq. Digər ölkələrdə də buna qarşı tədbirlər görülür. Azərbaycanda da çox çevik tədbirlər icra edilir. Bunun nəticəsidir ki, Azərbaycanda koronavirusa yoluxma halları yüksək olmayıb”.

S.Şərifov hesab edir ki, hazırkı vəziyyət iqtisadi aktivliyə mənfi təsir edəcək.

Onun sözlərinə görə, əsasən, hava nəqliyyatı üzrə uçuşların sayı azalıb. Dünyanın böyük aviaşirkətləri praktiki olaraq, çalışmadığı üçün bunlar şirkətlərə böyük zərbə vurur. Eyni zamanda, bu sahəyə bağlı digər sahələr də bunun mənfi təsirlərinə məruz qalırlar. Artıq ölkə başçısı tərəfindən hökumətə müəyyən tapşırıqlar verilib.

Nazir bildirib ki, koronavirusa görə daha çox mənfi təsirə məruz qalacaq sahələr üzrə çalışan sahibkarlıq subyektlərinə dövlət tərəfindən müəyyən dəstək veriləcək. Bunun hansı formada olması ilə bağlı təkliflər hazırlanır:

"Sözsüz ki, bütün bunları biz dövlət büdcəsinin gəlirlərində və dövlət büdcəsinin icrası zamanı qiymətləndiririk. Amma buna baxmayaraq, tam əminliklə qeyd etmək istəyirəm ki, bu gün büdcənin bütün ödənişləri həmişəki qaydada icra olunmaqdadır. Novruz bayramı ərəfəsində bütün maaşlar, sosial müavinətlər, pensiyalar vaxtında icra edilir və ediləcək. Bununla bağlı hər hansı problem yoxdur. Dövlətin vəzifələri ilə bağlı xərclər tam həcmdə həyata keçirilir, təsdiq edilmiş investisiya layihələri tam şəkildə maliyyələşdirilir. Lakin bununla yanaşı, ümumi vəziyyəti nəzərə alaraq, xərclərin prioritetliyinə, məqsədəuyğunluğuna baxa bilərik. Şübhəsiz ki, gediş-gəlişlərin azalması şəraitində dövlət büdcəsi təşkilatlarının xarici ezamiyyətləri azalacaq. Müəyyən tədbirlərin də məhdudlaşdırılması gözlənilir ki, bunların da nəticəsində müəyyən qənaətlər olacaq. Bizim müəyyən xərclərə qənaətimiz digər sahələrin dəstəklənməsinə yönəldiləcək".

Sizin Reklam Yeriniz