Əlaqə Arxiv
news Image
2020.03.13
17:49
| A A A
“Azərbaycan Sənaye Korporasiyası” və Almaniya şirkəti arasında birgə investisiya layihələri müzakirə olunub (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Achenbach Buschhütten” şirkətinin beynəlxalq satış üzrə icraçı direktoru Rolf Vilbersin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

ASC-dən Mövqe.az-a bildirilib ki, görüşdə Korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin əməkdaşları və “Azəralüminium” MMC-nin rəhbər heyəti də iştirak edib.

Görüş zamanı “Azəralüminium” MMC-də müəssisənin istehsal gücünün artırılması və bu istiqamətdə zəruri avadanlıqların, nou-hau (know-how) alman texnologiyasının tətbiqi, eləcə də mühəndislik xidmətlərindən istifadə olunması kimi təkliflər irəli sürülüb.

“Achenbach Buschhütten” şirkətinin nümayəndəsi bildirib ki, şirkətin mütəxəssisləri “Azəralüminium” MMC-nin ərazisinə baxış keçirib, müəssisədəki mövcud durum ilə tanış olub və istehsal gücünün artırılması istiqamətində zəruri olan tədbirlər müəyyən edilib. Bundan əlavə layihənin səmərələliyinin müəyyən edilməsi məqsədilə texniki iqtisadi əsaslandırılmanın hazırlanması istiqamətində də müzakirələr aparılıb.

Yeni metalyayma zavodunun inşası, investisiya yatırımının perspektivləri də görüşün müzakirə mövzusu olub.

Sizin Reklam Yeriniz