Əlaqə Arxiv
news Image
2020.03.16
11:41
| A A A
KOBİA-da və Xaçmaz KOB evində koronavirus təhlükəsinə qarşı kompleks profilaktik tədbirlər görülür (FOTO)

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz şəhərində yerləşən KOB evində və Agentliyin inzibati binasında koronavirus (COVİD-19) infeksiyasına qarşı kompleks profilaktik tədbirlər davam etdirilir.

KOBİA-dan Mövqe.az-a bildirilib ki, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”na uyğun olaraq, Xaçmaz KOB evi və Agentliyin inzibati binası dezifeksiya olunub. Dezinfeksiya işləri zamanı binalardakı xidməti pəncərələrin, görüş otaqlarının, konfrans zallarının, lift və pilləkənlərin, sanitar qovşaqların və s. xüsusi maddələrlə dərmanlanması işləri həyata keçirilib. Qeyd edək ki, kompleks profilaktik tədbirlərə uyğun olaraq, gündəlik KOBİA-nın strukturuna daxil olan binalarda döşəmələr, qapı dəstəkləri və digər təmas səthləri bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyə və Xaçmaz KOB evinə müraciət edən sahibkarlara koronavirus infeksiyası barədə məlumat verilir, “KOB könüllüləri” tərəfindən onlara maarifləndirici bukletlər paylanılır. Agentliyin və Xaçmaz KOB evinin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır.

Sizin Reklam Yeriniz