Əlaqə Arxiv
news Image
2020.04.02
12:09
| A A A
Bakıda ötən gün 50 min sərnişin daşınıb

Aprelin 1-də Bakıda müntəzəm və ekspress xətt avtobusları ilə təxminən 50 min sərnişin daşınıb.

Mövqe.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bunun 21 mini səhər saat 7-dən 10-na qədər 95 ekspress xətt avtobusu, 29 mini isə axşam saat 5-dən 8-ə qədər özəl daşıyıcılara məxsus müntəzəm xətt avtobusları ilə daşınıb.

"Martın 31-dən etibarən Bakı metrosunun fəaliyyəti  dayandırılıb. Bu gün əsas sərnişin daşınması avtobuslar vasitəsilə həyata keçirilir. Aprelin 1-də müəyyən sıxlıq yaranmışdı. Bu sıxlıq avtobusların olmamasından deyil, sərnişinlərin narahatlığından irəli gəlib. Halbuki, biz elan etmişdik ki, marşrut xətləri normal fəaliyyət göstərəcək. Avtobus cəhətdən çatışmazlıq yoxdur", - deyə V.Kərimli əlavə edib. 

Xatırladaq ki, Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib. Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib. Müntəzəm xətlər üzrə avtobusların iş qrafiki isə olduğu kimi saxlanılıb.

Sizin Reklam Yeriniz