Əlaqə Arxiv
news Image
2020.04.07
12:23
| A A A
Dövlət dəstəyi iqtisadi artımın yeni modelini yaradır
Fuad İbrahimov: “Əminliklə demək olar ki, virusdan ziyan çəkən sahələr dövlət dəstəyi fonunda daha tez dirçələrək sürətlə inkişaf edəcək” Vüqar Bayramov: “Atılan addımlar postkoronavirus dövründə iqtisadiyyatın daha da liberallaşdırılmasına, kifayət qədər vergi güzəştlərinin tətbiqinə, kreditlərə çıxış imkanlarının genişlənməsinə imkan verəcək” Koronavirus təhlükəsi bütün dünyada olduğu kimi, Azərbaycanda da müəyyən iqtisasdi problemlər yaranmasına səbəb olub. Sözügedən fonda əsas məsələ həmin sahələrə dövlət dəstəyinin göstərilməsidir ki, bu istiqamətdə Azərbaycan hökuməti hər zaman olduğu kimi lazımi addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən, ölkəmizdə iqtisadiyyatin müxtəlif sahələrinə, prosesdən ziyan çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Bu proqramda ölkə iqtisadiyyatına və sahibkarlara əsas dəstək alətləri öz əksini tapıb. İlk növbədə proqramda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçinin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyinin verilməsi məsələsi yer alıb. Digər tərəfdən, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi göstəriləcək. Habelə, virusdan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətillər ediləcək. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə 500 milyon manat nisbətində kredit-zəmanət dəstəyi həyata keçiriləcək. Habelə, sənədə əsasən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə 1 milyard manat məbləğində kredit-zəmanət dəstəyi proqramı reallaşmalıdır. Əhali qrupu üzrə isə ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı həyata keçiriləcək. Əhaliyə verilən elektrik enerjisi üzrə limitin həcmi daha 100 kv/saat artırılıb. Proqramda həmçinin həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək də öz əksini tapıb. Bu əsasda belə fikirlər səslənir ki, koronavirus təhdidi fonunda dövlət tərəfindən verilən dəstək proqramları iqtisadi artımın yeni modelini yaradacaq. İqtissdçı-ekspert Fuad İbrahimovun fikrincə, dövlətin dəstək proqramları postkoronavirus dövründə zərər çəkmiş sahələrin tez bir zamanda dirçələrək daha sürətlə inkişafına təkan verəcək: "Hazırkı situasiyada bu barədə söz demək bir qədər çətindir. Pandemiyanın çərçivəsi bilinsəydi, bu barədə daha dəqiq proqnoz vermək olardı. Yəni hansısa metodologiya, nəzəri əsas olmalıdır. İndiki halda isə belə bir əsas da yoxdur. Ancaq koronavirusun gətirdiyi ziyan hansı sahələri tamamilə iflic vəziyyətə salıbsa, həmin sahələrin spesifikliyinə baxaraq tam əminliklə demək olar ki, bu sahələr daha tez dirçələrək sürətlə inkişafa doğru gedəcək". Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, sahibkarlar postkoronavirus dövründə yeni iqtisadi modelə uyğun olaraq dövlət dəstəyindən daha çox faydalanmaq imkanı qazanacaq: "Koronavirusla mübarizə fonunda iqtisadiyyata və sahibkarlıq subyektlərinə yardımla bağlı hazırlanan paketin məqsədi məhz dəyən zərərin təsirlərinin minimumlaşdırılmasına hesablanmış addımdır. Eyni zamanda, proqram postkoronavirus dövründə iqtisadi inkişafın təşviqi, sahibkarların dəstəklənməsindən ibarətdir. Yəni koronavirus dövründə sahibkarların dəstəklənməsi əsas prioritet olaraq qalır. Məqsəd bu kontekstdə yeni iqtisadi modelin formalaşdırılmasından ibarətdir. Yeni iqtisdadi model bir tərəfdən də vergi güzəştlərinin tətbiq edilməsini, sadələşdirilmiş, mənfəət, gəlir vergilərində güzəştlərin tətbiqini nəzərdə tutur. Nəticə etibarı ilə bu vergi güzəştlərinin tətbiqi sahibkarların daha liberal, güzəştli sistemə uyğun iqtisadiyyatdan faydalanmalarına imkan verəcək. Bütün bu addımlar nəticə etibarı ilə postkoronavirus dövründə ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə xidmət edəcək. Atılan və atılacaq addımlar postkoronavirus dövründə iqtisadiyyatın liberallaşdırılmasına, kifayət qədər vergi güzəştlərinin tətbiqinə, kreditlərə çıxış imkanlarının genişlənməsinə imkan verəcək. Bu da öz növbəsində ondan xəbər verir ki, sahibkarlar postkoronavirus dövründə yeni iqtisadi modelə uyğun olaraq dövlət dəstəyindən daha çox faydalanmaq imkanlarına malik olacaqlar". Rüfət NADİROĞLU
Sizin Reklam Yeriniz