Əlaqə Arxiv
news Image
2020.04.14
14:48
| A A A
DANX: Yük avtomobilləri barədə məlumatların icazələr portalında qeydiyyatına başlanılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətlərini "Fərqlənmə nişanı" əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən "icaze.e-gov.az" portalında qeydiyyatına başlanılıb. DANX-dan "APA-Economics"ə verilən məlumata görə, bu saata qədər yük avtonəqliyyat vasitəsilə qanuni fəaliyyət göstərən 1530 nəfər barədə məlumat portala yerləşdirilib.
Sizin Reklam Yeriniz