Əlaqə Arxiv
news Image
2020.04.14
15:18
| A A A
Sertifikasiyadan keçməyənləri praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxanlar 8 min manatadək cərimələnəcək
Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibbi və əczaçılıq fəaliyytəinə buraxılmasına görə cərimələr müəyyənləşir. APA-nın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 215.4-cü maddədə əksini tapıb. Layihəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimə ediləcək.
Sizin Reklam Yeriniz