Əlaqə Arxiv
news Image
2020.04.23
15:22
| A A A
SOCAR növbəti dəfə ahıllаra və aztəminatlı ailələrə ərzaq yardımı edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) paytaxtın müxtəlif rayonlarında ahıllаra və aztəminatlı ailələrə ərzaq yardımı davam edir.

Mövqe.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 6-dan may ayının 4-dək ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarındayardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstəriblər. Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. SOCAR-ın yardım aksiyası növbəti günlərdə digər məntəqələrdə də davam edəcək", - məlumatda qeyd edilib.

Sizin Reklam Yeriniz