Əlaqə Arxiv
news Image
2020.04.29
17:46
| A A A
Erməni nazirdən etiraf: İqtisadi yüksəliş olmayacaq

İkinci rübün əvvəlindən etibarən iqtisadiyyat üzrə mənfi göstəricilərimiz olacaq, ancaq ümid edirik ki, bərpa üçüncü rübdən başlayacaq, bu da çox səy tələb edəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan İqtisadiyyat naziri Tiqran Xaçatryan deyib.

“Keçmişdəki kimi yüksəlişi gözləmək çətindir, ancaq mövcud şərtlərə alışmaq və uyğunlaşmaq lazımdır. Hökumət öz imkanları daxilində biznesə kömək etməyə hazırdır”, - nazir bildirib.

Onun sözlərinə görə, birinci rübdə iqtisadi aktivlik düşmədi, əksinə yüksəldi. Ən böyük mənfi göstərici birinci rübün son iki həftəsində baş verdi.

Sizin Reklam Yeriniz