Əlaqə Arxiv
news Image
2020.05.01
12:46
| A A A
"Azəriqaz" İB-də onlayn konfrans keçirilib

Dünyada, eləcə də Azərbaycanda yayılmış koronovirus (COVID-19) infeksiyası ilə əlaqədar sosial izolyasiya tədbirləri davam etdiyi bir zamanda “Azəriqaz” İstehsalat Birliyi fəaliyyətində fasilələrə yol verməyib. Bakı şəhəri və bölgələrdə olan xidmət sahələri ilə mütəmadi olaraq onlayn ünsiyyət yaradılır. Növbəti dəfə baş tutan videobağlantıda qaz itgilərinə yol verilməməsi və qaz sızmaları zamanı baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədi ilə 2020-ci ilin birinci rübündə görülən işlərə diqqət ayrılıb. Podratçı təşkilat “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının ləğv edilməsi istiqamətində görülən işlər də nəzərdən keçirilib. “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Birliyin Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi, Texniki baxış və qaynaqçıların idarə edilməsi şöbələri, o cümlədən Bakı və regionlar üzrə tabeli təşkilatların rəhbər işçilərinin iştirakı ilə keçirilən onlayn video konfransda aşkar olunmuş çatışmamazlıqların yaranma səbəbləri müzakirə edilib və gələcəkdə belə halların baş verməməsi üçün görüləcək işlərə toxunulub. Birliyin aidiyyəti strukturlarına tapşırılıb ki, istehlakçıların təbii qazla təminatında fasilələrin yaranmaması üçün aşkarlanmış qaz sızmaları təxirəsalınmadan dərhal ləğv edilməlidir.

Sizin Reklam Yeriniz