Əlaqə Arxiv
news Image
2012.05.13
12:29
| A A A
Mərkəzi Bank Sədrləri Klubunun növbəti toplantısı keçirilib
Azərbaycan Mərkəzi Bankı Mərkəzi Bank Sədrləri Klubunun növbəti toplantısına ev sahibliyi edib

Mövqe.az  xəbər verir ki, Azərbaycanın Mərkəzi Bankının təşkilatçılığı ilə mayın 12-də Bakıda Mərkəzi Asiya, Qara Dəniz Regionu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrləri Klubunun növbəti 27-ci toplantısı baş tutub.

 Toplantının təşkil olunmasında məqsəd, Kluba üzv dövlətlərin mərkəzi bankları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi və təcrübə mübadiləsinin aparılmas olub. Tədbirdə həmçinin tanınmış beynəlxalq ekspertlərin təqdimatında Avrozonanın borc problemi və onun Avropa İttifaqının üzvü olmayan Avrasiya ölkələrinə təsiri, qlobal maliyyə stabilliyi və inkişaf etməkdə olan bazarlarda kontr-tsiklik makroprudensial nəzarətin rolu mövzuları və bu sahədə üzv dövlətlərin təcrübəsi müzakirə edilib.

 Mərkəzi Bankın sədri Elman Rüstəmov toplantıda "Azərbaycanda makroiqtisadi siyasət: orta müddətli çağırışlar və prioritetlər" mövzusunda təqdimatla çıxış edib.

  Klubun növbəti toplantısına Azərbaycan Mərkəzi Bankının ev sahibliyi etməsi ölkəmizin, o cümlədən AMB-nin beynəlxalq imicinin daha da yaxşılaşmasına mühüm töhfə olub.

 Qeyd edək ki,  Klubun Azərbaycan da daxil olmaqla 21 üzvü var. Bakıdakı toplantıda isə Çexiya Milli Bankının Kluba üzvlük məsələsi rəsmi olaraq təsdiqlənib.

Nuranə Novruzova

Sizin Reklam Yeriniz