Əlaqə Arxiv
news Image
2020.08.19
10:17
| A A A
Gürcüstan neft bitumu məhsulunu ən çox Azərbaycandan idxal edir

 

Gürcüstan cari ilin yanvar-iyul ayları ərzində neft bitumu idxalını 31,1 faiz azaldıb.

 

"Mövqe.az" xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları Birliyi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstan ümumilikdə 57,2 min ton neft bitumu idxal edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,7 min ton və ya 31,1 faiz azdır.

Gürcüstanın idxal etdiyi neft bitumunun 59,3 faizi və ya 33,9 min tonu Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin neft bitumu ixracatçıları sırasında birinci yerdədir.

İkinci yerdə 11,2 min tonla (19,6 faiz) İraq, üçüncü yerdə 7,6 min tonla (13,3 faiz) İran, dördüncü yerdə isə 3,2 min tonla (5,6 faiz) Rusiya dayanır.

Sizin Reklam Yeriniz