Əlaqə Arxiv
news Image
2020.08.20
18:20
| A A A
ADY-in nizamnamə kapitalı artırılıb
Səhmdar cəmiyyətinin kapitalı 806 061 960 manatdan 906 061 960 manata çatdırılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nizamnamə kapitalı 100 milyon manat və yaxud 12,4% artırılıb.

Mövqe.az “Report”a istinadən  xəbər verir ki, səhmdar cəmiyyətinin kapitalı 806 061 960 manatdan 906 061 960 manata çatdırılıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli  qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib.

Sizin Reklam Yeriniz