Əlaqə Arxiv
news Image
2020.08.21
19:49
| A A A
Dünya üzrə smartfon tədarükü azalır

Bu ilin ikinci rübündə dünya üzrə smartfon tədarükünün həcmi illik hesabla 16 faiz azalıb.

Mövqe xəbər verir ki, bunun əsas səbəbi istehsalçı şirkətlərə koronavirus pandemiyasının mənfi təsiridir.

Rüb ərzində tədarük olunan 278 milyon smartfonun 55,8 milyonu, yəni 20 faizi “Huawei” şirkətinin payına düşür. İkinci yerdəki “Samsung” bazara 54,2 milyon smartfon (19,5 faiz) çıxarıb. 37,6 milyon cihaz tədarük edən “Apple”in bazardakı payı 13,5 faizdir.

Sizin Reklam Yeriniz