Koronavirus pandemiyası İkinci Dünya müharibəsindən bəri şampan şərabının tələbatının ən kəskin azalmasına səbəb oldu. Bununla əlaqədar istehsalçılar daha az üzüm yığmağa razılıq verib – məhsulun bir hissəsi isə məhv olunacaq.
Mövqe xəbər verir ki, bu barədə "The Times" nəşri yazır.
Şardone, pino-nüar və pino-menye üzüm növlərinin alışının 90%-ni təşkil edən 360 şərab istehsalçısı üzümçülüklə məşğul olan fermerlərlə müqavilə bağlayıb. Fermerlər hər hektardan 8 tondan çox üzüm yığılmayacağını öhdəsinə götürüb ki, bu da ötən illə müqayisədə 22% azdır.
Bu, məhsulun beşdə birinin çürüməsinə səbəb olacaq. "Moet&Chandon", "Krug", "Dom Perignon" və "Veuve Clicquot" kimi şampan markalarına sahib olan LVMH şirkətinin satışları koronavirus pandemiyası səbəbindən 30% azalıb.