Əlaqə Arxiv
news Image
2020.08.21
15:51
| A A A
Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 65,3 mln. ton yük, 700 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Mövqe-yə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 21,5% və 28,8% azalıb.

Məlumata əsasən, hesabat dövründə sərnişinlərin 96,2% avtobus, 3,8% isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 35,8%, sərnişin dövriyyəsi isə 24,9% azalıb.

Sizin Reklam Yeriniz