Əlaqə Arxiv
news Image
2020.08.25
14:25
| A A A
DGK: Son qərar ölkədə qiymət artımına səbəb olmayacaq
"Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər etməsi ölkədə qiymət artımına səbəb olmayacaq". "Report" xəbər verir ki, bunu İTV-nin efirində Dövlət Gömrük Komitəsinin (DGK) hüquqi təminat idarəsinin rəisi Sənan Muxtarov bildirib. "Bəzən deyirlər ki, bu qərar qiymətlərin artımına gətirib çıxaracaq. Amma elə deyil. Dövlətin kifayət qədər antiinhisar qurumları var. Bu sahədə vəziyyətə nəzarət olunacaq ki, vətəndaşlar əziyyət çəkməsinlər", - o qeyd edib. Bundan başqa, gömrük rəsmisi vurğulayıb ki, son qərarla sözügedən qaydaların bəzi bəndləri sadələşdirilib: "Məsələn, bəyanetmə prosesini sadələşdirmişik, artıq mal sahibi ilə yanaşı, onun nümayəndəsi isə ölkəyə gətirilən malı bəyan edə bilər".
Sizin Reklam Yeriniz