Əlaqə Arxiv
news Image
2020.08.26
17:21
| A A A
Azərbaycan 4 ölkəyə pambıq ixrac edir
Ən çox pambıq Türkiyəyə ixrac edilib

Azərbaycanda bu il 100.3 min hektar pambıq sahəsi əkilib.

Kənd Təsərrüfatı Nazirliyindən "Mövqe"-yə  verilən məlumata görə, pambıq ixrac edən ölkə olan Azərbaycandan 2019-cu ildə pambıq lifi ixracı 122.4 milyon dollar olub. Bunun da 88.7%-i Türkiyənin, 0.1%-i Misirin payına düşür.

2019-cu ildə pambıq ipliyi ixracı 30.2 milyon dollar həcmində olub ki, bunun da 65.3%-i Türkiyənin, 30.4%-i Rusiyanın payına düşür.

2020-ci ilin yanvar-iyul ayları ərzində pambıq lifi ixracı 70.6 milyon dollar olub. İxracın 89.4%-i Türkiyənin, 10.6%-i İranın payına düşüb.

2020-ci ilin yanvar-iyul ayları ərzində pambıq ipliyi ixracından 10.6 milyon dollar gəlir əldə edilib ki, bu məbləğin 63.7%-i Türkiyənin, 29.8%-i Rusiyanın payına düşür".

Sizin Reklam Yeriniz