Əlaqə Arxiv
news Image
2020.08.26
17:57
| A A A
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Avqustun 27-də Bakı Fond Birjasında ( “İpoteka və Kredit Zəmanəti Fondu” (İKZF) ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 27-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanəti Fondu” (İKZF) ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 25 milyon manat, nominal dəyəri 1000 manat, hərrac qiyməti 1 003,4306 manat, faiz dərəcəsi 3,25 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gün, tədavül müddəti 20 ildir. “BTB-Kapital İnvestisiya Şirkəti” ASC anderrayter vəzifəsində çıxış edir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsindədir.

Sizin Reklam Yeriniz