Azərbaycanda kredit kartları ilə əməliyyatların sayı azalıb
Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı illik müqayisədə 206 min və ya 24% artaraq bu il avqustun 1-nə 985 minə çatıb.
Mövqe-nin Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, kartların sayında aylıq müqayisədə 36 min və ya 3,8% artım müşahidə olunub.
Qeyd edək ki, bu il avqustun 1-nə əsasən ölkədə ümumilikdə 8 793 min ödəniş kartı (bundan 3 468 mini sosial kartlar, 2 427 mini əmək haqqı kartları) dövriyyədə olub.
Hesabata əsasən, bu ilin iyul ayı ərzində kredit kartları ilə 129 mln. manat dəyərində əməliyyat həyata keçirilib. Əməliyyatların dəyərində aylıq müqayisədə 7,9% azalma olsa da, ötən ilin iyul ayı ilə müqayisədə 9,3% artım qeydə alınıb.