Əlaqə Arxiv
news Image
2020.08.27
13:01
| A A A
Banklar bugünkü valyuta hərracında 64,8 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən Mövqe-yə verilən məlumata görə, hərracda tələb 64,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə eyni qalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Sizin Reklam Yeriniz