Əlaqə Arxiv
news Image
2020.08.28
15:33
| A A A
Yaponiya Baş Nazirinin istefası birjalarda əks-səda doğurub

 

Yaponiyanın Baş Naziri Şinzo Abenin istefasına dair xəbərlərdən sonra Tokio Fond Birjasında (TSE) əsas indekslər 2 faiz azalıb.

“Report” xəbər verir ki, ölkənin 225 ən iri şirkətinin səhmlərini əks etdirən Nikkei indeksi 22 928,14 faiz bəndinədək geriləyib və sonradan bir qədər dirçəlsə də, günü 22 882,65 faiz bəndində başa vurub. Birjanın ən elit birinci bölümündəki bütün şirkətləri ehtiva edən TOPİX indeksi isə 0,68 faiz azalaraq 1 604,87 faiz bəndinədək geriləyib.

Bir qədər əvvəl yerli televiziya Baş Nazir Şuinzo Abenin səhhətinə görə istefa vermək fikrində olduğunu bildirib. Bu barədə rəsmi olaraq axşam keçiriləcək mətbuat konfransında açıqlama veriləcəyi gözlənilir.

"Mövqe"

Sizin Reklam Yeriniz