Əlaqə Arxiv
news Image
2020.08.30
16:59
| A A A
İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edilib - FOTO
Bu gün İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, İstanbulda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Yazarlar və Media, eləcə də İstanbul Azərbaycan Dostluq dərnəklərinin təşkilatçılığı ilə baş tutub. Aksiya çərçivəsində 844 nəfərə, ümumilikdə isə 210 ailəyə maddi yardım edilib. Yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.
Sizin Reklam Yeriniz