Çinin səhm bazarının dəyəri 10 trilyon dollara çatıb
Çin birjalarında tədavüldə olunan səhmlərin ümumi dəyəri 10 trilyon ABŞ dollarına çatıb.
Mövqe bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hazırda Çinin səhm bazarı dünyada yalnız ABŞ-dan geri qalır. Bu ölkənin birjalarındakı səhmlərin ümumi dəyəri 37,9 trilyon ABŞ dollarıdır.
Xatırladaq ki, Çin sonuncu dəfə 10 trilyon dollarlıq göstəriciyə 5 il əvvəl, 2015-ci ilin iyun ayında yaxınlaşıb. Amma bundan sonra birjalarda qiymətli kağızların kütləvi satış dalğası yaşanıb.