Dövlətin əsas maliyə sütunu dövlət büdcəsi hesab edilir. Büdcənin gəlirləri və xərcləri normal cəmiyətlərdə daim ictimai müzakirə və həmçinin nəzarət obyekti hesab edilir. Çünki, büdcə vəsaitlərinin formalaşması vətəndaşın vergilərindən, ictimai mülkiyətin idarə edilməsindən və mülkiyət hüququ xalqa məxsus təbii sərvətlərin istifadəsindən əldə edilir. Xərcləri isə sosial sferanın yaxşılaşdırılmasında, yəni vətəndaşların həyat şəraitinin inkişafı, ölkənin mühafizəsi və dövlətçiliyin idarə edilməsində istifadə edilir. Sadalanan sahələrin hər biri prinsipal milli maraqlar hesab edilir ki, bu da ictimai həssaslığı şərtləndirən əsas amildir. Məhz bu prizmadan yanaşdıqda dövlətin maliyə axınlarına ictmai nəzarəti-kənar auditi həyata keçirmək hüququna sahib olan Hesablama Palatasının dövlət büdcəsinə rəyi daim maraq doğuran məsələlərdən hesab edilir.
Qanunvericiliyə uyğun olaraq Hesablama Palatası həm dövlət büdcəsinin layihsinə və həm də dövlət büdcəsinin icrasına rəy verir. Rəylər hazırlanarkən diqqət edilən əsas məqam büdcə gəlirlərinin və xərclərinin hüquqiliyi, səmərəliliyi, effektivliyi və məqsədliliyi olmalıdır. Bütün bu sadalananlar hökumətin maliyə fəaliyətinin güzgü effekti daşımalıdır. Bundan başqa Hesablama Paltasının bəhs edilən sahələr üzrə nəzarəti dövlət qurumlarında məhsuliyətin artırılması və hesabatlılığın təmin edilməsinə kömək edir. Həmçinin, Hesablama Palatası auditi həyata keçirərkən maliyə maxinasiyalarına yol açacaq hüquqi boşluqları müəyyən etməli və aradan qaldırılması yollarını göstərməlidir. Yəni, təkliflərlə çıxış etməlidir.
Hesablama Palatasının dövlət büdcəsinə rəylərini aşağıdakı kimi xarakterizə etmək olar.
* Rəylərin hansı metodologiya ilə hazırlandığı məlum deyil. Beləki, istənilən halda rəylər hazırlanarkən hansı metodologiyadan istifadə edildiyi göstərilməlidir ki, ərsəyə gətirilmiş sənəd oxucuda və ya təhlilçidə daha dolğun təəssürat formalaşdırsın.
* Palatanın rəyləri daha cox büdcə bələdçisini xatırladr. Sənəddə ötən illərlə müqayisədə ciddi fərq olmur və bir cox hallarda sadəcə rəqəmlər təzələnir və oxşar mətnlər tərtib edilir ki, bu da təkmilləşməyə meylliyin az olmasına dəlalət edir. Həmçinin, rəylər daha çox əvvəlki illərlə rəqəmsal müqayisənin aparılması və bu zaman gəlir və xərclərin dinamikasının təqdim edilməsi ilə sonlandırılır.
* Büdcə prosesinin izlənməsindən çıxarılan nəticələr ümumi sözlərlə ifadə edilir. Əksər hallarda baş verən maliyə pozuntusunun harda, hansı miqdarda və kim(kimlər) tərəfindən həyata keçirilməsi kimi məlumatlar açıqlanmır.
* Büdcə layihələrinin qəbul edilməsindən əvvəl Hesablama Paltası hər hansı təhlil, təklif və məlumatlandırma xarakteri daşıya biləcək informasiyaları ictimailəşdirmir. Halbuki, bu hal büdcənin təsdiq edilməsinə qədərki mərhələdə ictimai iştirakçılığı təmin edə bilər. Bundan başqa vətəndaşın büdcə kitabı kimi məlumatlandırıcı vəsait dərc edilmir. Beynəlxaq səviyədə büdcə proseslərinin izlənməsi və dəyərləndirməsini həyata keçirən Açıq Büdcə Əməkdaşlığı təşkilatıda öz hesabatlarında bu halları nöqsan olaraq göstərir. Yeri gəlmişkən bu təşkilatın qiymətləndirməsində ölkəmizin acıq büdcə indeksi 100 mümkün xaldan 42 olaraq qiymətləndirilir ki, bu da dünya ölkələrinin müvafiq sıralamasında 58-ci yerə aid edilir. Həmcinin, qurumun hesabatlarına görə son 3 ildə bu sahədə ciddi irəliləyişlər baş verməyib, ölkəmizin büdcə indeksi də buna müvafiq olaraq dəyişməyib.
* Hesablam Palatası dövlət büdcəsinin gəlirlər hissəsinin Neft Fondundan transfertlərin artması ilə çoxaldılmasına müsbət yanaşır. Hesab edirik ki, bu doğru yanaşma deyil və büdcənin neft amilindən asılılığını artırır ki, əksinə palata bu asılılığın azaldılmasını təmin edəcək təkliflər hazırlayaraq aidiyatı qurumlara təqdim etməlidir. Beləliklə Hesablama Palatası ölkənin maliyə sabitliyinin təmin edilməsinə töhvə vermiş olar.
* Dövlət büdcəsinin xərclər hissəsinin ilbəil daha cox sosial ağırlıqlı olmasını təmin edəcək təkliflər paketi hökümətə və parlamentə təqdim edilməlidir. Beləliklə zaman-zaman dövlət büdcəsinin sosial yükü artırılmalı və ədalətli gəlir bölgüsünün təmin edilməsində dövlət büdcəsi önəmli rol almalıdır.
* Palata büdcənin xərclərini, xüsusi ilə investisiya xərcləmələrinin daha geniş təqdim etməlidir. Çünki, investisiya xərclərinin büdcədəki payı coxdur və bu xərcləmələr daha cox ictimai narahatlığa səbəb olur. Bir cox hallarda layihələrin smeta dəyəri, o cümlədən səmərəliliyi tam müəyyən edilmədən icrasına başlanılır və bu zaman büdcədən həmin layihələr üzrə iki-üç və bəzən daha cox illərlə vəsaitlər ayrılır. Təbii ki, oxşar hallarda şəffaflığın təmin edilməsində Hesablam Palatasının üzərinə daha cox məsuliyət düşür.
* Hesablam Palatasının əvvəlki illərdə apardığı auditlərin nəticələri ünvanlı şəkildə rəylərdə öz əksini tapmır. Bu isə rəyin ortaya çıxardığı nöqsanları dolğun təsəvvür etmə imkanlarını məhdudlaşdırır.
* Dövlət büdcəsinə rəylərin sonunda nəticə və təkliflər bölümü olmur. Daha yaxşı olar ki, sonda nəticə və təkliflər qeyd edilsin və bu zaman ötən illərdə aidiyatı qurumlara təqdim edilən Hesablama Palatasının tövsiyyələrinə dövlət qurumlarının münasibəti və nəticəcıxarma səviyyəsi rəylərdə öz əksini tapsın. Belə olduqda Hesablam Palatasının nüfuzetmə dərəcəsini daha yaxşı müəyyən etmək mümükündür.
Sonda isə qeyd etmək istəyirik ki, bütün bu sadalnan məsələlərin müsbət həlli Hesablama Paltasının büdcə layihələrinə rəylərinin daha da məqsədəuyğun, tam və hədəfli sənəd olmasını, ölkənin əsas maliyə sənədinin ildən-ilə təkmilləşdirilməsini, palatanın fəaliyətinin əhəmiyətliliyini, sonda isə hökumətin hesabatlılığını təmin edər ki, hazırki mərhələdə bunlar ictimai tələbə cevrilib.
P. SYazı Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən "İctimai maliyyəyə effektiv nəzarət sistemi" layihəsi çərçivəsində hazırlanıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı eksperti Rəşad Həsənov