Əlaqə Arxiv
news Image
2020.10.20
09:39
| A A A
Bakı artıq Suqovuşana investisiya cəlb edir

Azərbaycanın Dağlıq Qarabağ ərazisinə investisiya cəlb etməsi çox önəmlidir.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli Suqovuşanla bağlı tender elan edilməsini şərh edərkən deyib.

N.Cəfərli hansı ölkələrin Suqovuşana sərmayə yatıracağı barədə proqnoz verib:

“Ölkəmizin daxili resurslarından əlavə, xarici investorların da iqtisadi obyektlərin tikintisinə, infrastrukturun yenilənməsinə cəlb olunması həm bölgənin inkişafı, həm legitimliyinin artırılması, həm də təhlükəsizlik üçün çox vacib elementdir. Suqovuşana sərmayə yatırmaq üçün Avropa ölkələri də, Çin də maraq göstərə bilər. Türk şirkətləri də bu əraziyə daha çox maraq göstərəcək. Onların təkliflərini müsbət dəyərləndirməyə ehtiyac var”.

İqtisadçının sözlərinə görə, işğal olunmuş ərazilərdəki layihələrin birlik prinsipi əsasında işlənməsi daha məntiqlidir:

“Ola bilsin ki, burada yerli şirkətlərlə xarici şirkətlər birgə iştirak etsin, çünki xarici şirkətlərin birdən-birə cəlb olunması bəzi hüquqi problemlər yaradar. Layihələrin birgəlik prinsipi əsasında işlənməsi daha məntiqlidir. Çox güman ki, yerli kapitalın iştirakı ilə tender yaradılacaq. Burada məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət işğal altında olan torpaqlarda Ermənistanla birlikdə qeyri-qanuni iqtisadi fəaliyyət göstərən şirkətlərə qoyulmalıdır. Həmin şirkətlərin siyahısı isə Xarici İşlər Nazirliyində var”.

Qeyd edək ki, Suqovuşandan Tərtər çayına buraxılan sudan səmərəli istifadə məqsədilə kanalların yenidən qurulması barədə tender elanı verilib.

Sizin Reklam Yeriniz