Əlaqə Arxiv
news Image
2020.10.23
15:22
| A A A
Pandemiyadan ziyan çəkən Ermənistan iqtisadiyyatını müharibə çökdürüb
Rəşad Həsənov: “Paşinyan Ermənistanı iqtisadi baxımdan da demək olar ki, sürətlə uçuruma aparır” Natiq Cəfərli: “Cəmi 3,6 milyard dollarlıq büdcəsi olan Ermənistan vur tut 36 günlük müharibə aparmaq qabiliyyətindədir”


Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bütün əhalini özünümüdafiə dəstələri yaratmağa çağırıb. Bu, ölkənin hərbiləşdirilməsi deməkdir. Ölkənin tamamilə hərbləşdirilməsi isə iqtisadiyyatın tamamilə bu yönə köklənməsi deməkdir.  Yəni, bu fonda düşmən ölkənin bütün iqtisadiyyatı hərbiləşdirilməlidir. Ermənistan iqtisadiyaytı isə olduqca zəif durumdadır. Aşağı iqtisadi potensiala malik olan bu ölkə pandemiya dövründə iqtisadi göstəricilər baxımından daha da zəifləyib. Bu ölkənin
Ermənistan iqtisadiyyatı ölkənin tamamilə hərbiləşdirilməsinin öhdəsindən gəlməyə qabildirmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Ermənistan baş naziri ölkəsini iqtisadi mənada da sürətlə uçuruma yuvarlayır: “Bilirsiniz ki, Ermənistan iqtisadiyyatı bundan öncə pandemiyanın nəticəsindən ciddi ziyan çəkib. Digər tərəfdən, başlanan müharibənin fəsadı olaraq Ermənistanda insan resursları kifayət qədər tükənib.  Nəticədə yaranmış vəziyyət  Ermənistan iqtisadiyyatını kəskin şəkildə geriləmə ilə üz-üzə qoyub. Hazırda görünən odur ki, Paşinyan hakimiyyəti bir tərəfdən də çalışır yaranan sosial-iqtisadi problemləri diqqətdən kənarda saxlasın. İnsanları guya vətənpərvərlik ruhuna yükləməklə onların sosial iqtisadi geriləmənin fəsadlarını daha rahat şəkildə həzm etmələrini təmin etməyə çalışır. Bu da bir daha göstərir ki, Paşinyan hökumətinin çıxış yolu yoxdur.
Ona görə bir tərəfdən, cəbhədəki ciddi uğursuzluqlar, digər tərəfdən də maliyyə resursları imkanlarının azalması, beynəlxalq dəstəyin günbəgün azalması və iqtisadi resesiya Paşinyan hökumətini ciddi şəkildə dilema qarşısında qoyub. Pşainyan bir sıra hallarda istifadə olunan mexanizmlərdən yararlanaraq yaranmış çətinliyi milli ideologiya ilə kombinə etməklə əhalinin diqqətini məhz bu istiqamətə yönəltməklə, öz hökumətinin keçirdiyi siyasətin uğursuzluğunun gətirdiyi nəticələrdən yayınmağa çalışır.
İndiki halda Ermənistan iqtisadiyyatının insan resursları onsuz da kifayət qədər aşağıdır.  Bu ölkədə son günlər pandemiyanın yayılma sürəti daha da artıb.  Ermənistan kimi az əhalinin yaşadığı ölkədə bir gündə 2 minə yaxın şəxs COVİD-19 pandemiyasına yoluxub. Yəni bu qədər adam bir gündə əmək bazarından kənarlaşdırılıb.  
Digər tərəfdən məhsuldar əmək qüvvə olan gənclərin  iqtisadiyyatdan kənarlaşdırılaraq cəbhəyə yönəldilməsi də yaradılan əlavə dəyərin növbəti dövrlərdə də daha sərt şəkildə azalmasına əsaslar formalaşdırır. İstənilən halda düşünürəm ki, bu gün qəbul edilən qərarlar bir neçə müxtəlif təzyiqlər nəticəsində ortaya çıxır.  Ermənistan hökuməti faktiki olaraq prosesi idarə edə bilmir.  Ona görə də bənzər şəkildə, bəzi hallarda bir-birini təkzib edən qərarlar verməklə Ermənistanı demək olar ki, sürətlə uçuruma aparırlar”.  
İqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, Ermənistan iqtisadiyaytı cəmi 36 günlük müharibə aparmaq qabiliyyətindədir: “Əslində Paşinyanın özünümüdafiə dəstələri yaratmaq çağırışı boş şantajdan ibarətdir. O ilk bəyanatında dünya ölkələrinə daha bir avantür çağırış etmişdi ki, qondarma Dağlıq Qarabağın müstəqilliyi tanınsın.  Anlayandan sonra ki, dünya bunu qəbul etmir, indi də özünümüdafiə dəstələri yaratmaq avantürası ilə dünya ölkələrinə qarşısını almasalar sanki burada müharibənin uzun müddət davam edə biləcəyi mesajını verir.
Ermənistan iqtisadiyyatı çox zəifdir. Ermənistanın müharibə ilə bağlı gündəlik dəqiq maddi itkiləri 100 milyon dollara yaxındır. Bu isə o deməkdir ki, cəmi 3,6 milyard dollarlıq büdcəsi olan Ermənistan  vur tut 36 günlük müharibə aparmaq qabiliyyətindədir. Hələ həmin büdcəyə maaşlar, təqaüdlər və başqa ödənişlər də daxildir. Xaricdən kömək almasaydılar, silahları Ermənistana pulsuz verməsəydilər, ermənilərin heç bir neçə həftə duruş gətirmələri də mümkün olmazdı. Ona görə də Ermənistanın iqtisadi potensialı tam militarist mövqeyə keçməyə, hansısa bir səfərbərliyə keçməyə imkan vermir. Belədə bu boş avantüradır.  Əslində Paşinyanın belə bəyanatı danışıqlar masasını da tamamilə baltaladı. Belədə Azərbaycanın problemi sülh yolu ilə həll etmək istədiyini, torpaqların işğaldan azad edilməsinin sülhün əsas qarantı olduğunu dünyaya öncədən bəyan etməyimizi təsdiqlədi.   Zatən Ermənistan haqsız durumda idi, bu bəyanatdan sonra isə daha da haqsız duruma düşdü. Bundan isə Azərbaycan tərəfi iqtisadi, siyasi və diplomatik kanallarla istifadə etməlidir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz