Əlaqə Arxiv
news Image
2020.11.23
17:50
| A A A
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46 milyard 056,8 milyon manat təşkil etdib və əvvəlki ilin eyni dövrünə nisbətən 1,4 faiz azalıb.

Mövqe.az-ın məlumatına görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 41 milyard 729,1 milyon manatlıq vəsait qalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,1 faiz artaraq 706,6 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3402,0 manat, qeyri neft-qaz sektorunda 648,3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 624,1 manat, özəl müəssisələrdə isə 810,0 manat olub.

Sizin Reklam Yeriniz