Əlaqə Arxiv
news Image
2020.12.04
15:11
| A A A
Azərbaycan Sığortaçılar Assosiasiyası yeni layihənin icrasına başlayıb

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ölkədə sığorta savadlılığının artırılması məqsədi ilə yeni video-layihənin icrasına start verib.

ASA-dan  verilən məlumata görə, layihənin başlıca məqsədi ölkədəki mövcud və potensial sığortalıların məlumatlılığının təmin olunması və sığortada istehlakçı hüquqlarının qorunmasıdır.

Layihə çərçivəsində hər dəfə bir sığorta şirkətinin hər hansı bir növ üzrə sığorta hadisəsi ilə üzləşmiş müştərisi müəyyən olunur, problem araşdırılır, sığortalı ilə sığortaçı arasında uzlaşma təmin olunur. Bütün bu proseslər video çəkilişlə qeydə alınıb izləyicilərə təqdim olunur ki, bu da buna bənzər hadisələrlə qaşılaşan digər sığortalıların maarifləndirilməsi və məlumatlandırılması üçün əhəmiyyətlidir.

Layihə üzrə hazırlanmış maairfləndirici çarxlar ASA-nın “Youtube” səhifəsində mütəmadi yayımlanacaq.

Sizin Reklam Yeriniz